Modern.az

Uşaq sanatoriyasında yanğın - 24 nəfər təxliyyə olunub

 Uşaq sanatoriyasında yanğın - 24 nəfər təxliyyə olunub

Təhsil

8 Yanvar 2016, 20:03

 

Paytaxtda uşaq sanatoriyasında yanğın olub. Hadisə Bakı şəhəri, Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı “Somatik” uşaq sanatoriyasında qeydə alınıb. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə sanatoriyanın 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanıb.

Yüksək temperaturdan 1 ədəd “Samsung” markalı kondisioner əriyib.

Yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.      

Modern.az

   
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?