Modern.az

Bakı-Aktau istiqamətində yük daşımaları artıb

 Bakı-Aktau istiqamətində yük daşımaları artıb

8 Yanvar 2016, 21:03

 

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri ilə Bakı-Aktau istiqamətində yük daşımaları artıb. Modern.az saytı Gəmiçiliyə istinadən xəbər verir ki, ötən ilin son ayında 566, 2016-cı ilin ilk 7 günü ərzində isə 255 yük maşını daşınıb. 2015-ci ilin yanvar-noyabr aylarında Bakı-Aktau istiqamətində ayda orta hesabla 60 yük maşını daşınırdı. Bu da 10 dəfədən çox artım deməkdir.

Ələt limanında yük avtomobillərinin sıxlığının tam aradan qaldırılması istiqamətində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyi tərəfindən ardıcıl tədbirlər görülür. Qış aylarında hava şəraitinin çətinliyinə baxmayaraq, gəmilərin əlavə səfərləri təşkil edilir, ehtiyatda olan gəmilər istismara qaytarılır. 

Belə ki, dekabrın ortalarından keçən müddətdə əlavə 3 bərə - “Akademik Topçubaşov”, “Qarabağ” və “Professor Gül” gəmiləri istismar ehtiyatından çıxarılaraq yükdaşımalara cəlb edilib. Yaxın günlərdə daha bir gəmi – “Merkuri-1” müvafiq texniki işlərdən sonra istismara buraxılacaq.

Hazırda Bakıdan Aktau və Türkmənbaşı istiqamətlərində 11 bərə və 2 Ro-Ro gəmisi işləyir. Görülmüş tədbirlər nəticəsində Aktau limanında yük maşınlarının sıxlığı tam aradan qaldırılıb, Ələt limanında isə avtomobillərin yükləməni gözləmə müddəti yarıbayarı azalıb. Xatırladaq ki, bərə və Ro-Ro gəmilərinin səfərləri barədə məlumatlar onlayn rejimdə Gəmiçiliyin veb-saytında (www.acsc.az) mütəmadi olaraq yerləşdirilir.   Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək