Modern.az

Teleaparıcı təkrar məhkəmə qarşısında

 Teleaparıcı təkrar məhkəmə qarşısında

9 Yanvar 2016, 00:11

 

"Space" telekanalında yayımlanan "Etiraf" verilişinin aparıcısı olmuş İlham Mirzəyev həbsdən buraxılması üçün məhkəməyə müraciət edib.  Modern.az saytı aznews.az-a istinadən xəbər verir ki, yanvarın 8-də Bakı Apelyasiya Məhkəməsində onun şikayəti üzrə hazırlıq iclası keçirilib.  

2014-cü ilin aprelindən həbsdə olan teleaparıcı ona kəsilmiş 3 il 6 aylıq həbs cəzasının bir hissəsini çəkdiyini əsas gətirərək, cəzanın qalan hissəsinin məntəqə tipli müəssisədə çəkilməsi üçün məhkəməyə müraciət edib. Lakin Xəzər Rayon Məhkəməsi 30 noyabr 2014-cü il tarixli qərarı ilə onun müraciətini təmin etməyib. İlham Mirzəyevin vəkili Telman Abdiyev həmin qərardan apelyasiya şikayəti verib.  

İş məhkəmə baxışına verilib və məhkəmə iclası yanvarın 15-nə təyin olunub.   İlham Mirzəyev 2014-cü il aprelin 11-də həbs olunub. CM-nin 178-ci (dələduzluq) maddəsilə ittiham olunan teleaparıcı Nərimanov Rayon Məhkəməsinin hökmü ilə 4 il 6 ay azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi onun cəzası 3 il 6 aya endirib.  

İlham Mirzəyev ona qarşı irəli sürülən ittihamla razılaşmır və kimsəni aldatmadığını bildirir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək