Modern.az

Mühafizəçini ağzından güllələdilər - Bakıda CİNAYƏT

Mühafizəçini ağzından güllələdilər - Bakıda CİNAYƏT

Təhsil

9 Yanvar 2016, 09:24


Bakıda güllələnmə hadisəsi baş verib. 

Musavat.com-un məlumatına görə, qanlı hadisə paytaxtın Binəqədi rayonu ərazisində, "Eurohome" tikinti materialları bazarında qeydə alınıb. Bazarda mühafizəçi işləyən 31 yaşlı Elmar Canatov iş yerində güllələnib.

İlkin məlumata görə, güllə mühafizəçinin ağız boşluğuna atılıb. 

Elmar Canatov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, həyati təhlükəsi var.

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumatda isə bildirilib ki, hadisəni törədən tutulub.

Saxlanılan şəxs 1976-cı il təvəllüdlü Fasadov Mehman Əlican oğludur.

Onun Elmar Canatovun yeznəsi olduğu bildirilir.


Modern.az

     
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?