Modern.az

Bakıda civəni 20 min dollara satanlar tutuldu

Bakıda civəni 20 min dollara satanlar tutuldu

Təhsil

9 Yanvar 2016, 13:46


Bakıda civəni 20 min dollara satmaq istəyənlər tutulub. Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini İsmayıl Quliyev və Bakı şəhər sakini Ayaz Davidov 196 qram ağ civəni 20000 ABŞ dollarına satarkən tutulmuşlar.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?