Abşeron rayonunun Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasında yanğın olub. Modern.az saytı Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binada 5-i azyaşlı olmaqla, 25 sakin təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az