Modern.az

“Azərbaycanlı radikal sələfilərin şiələrə nifrəti artır...”- Elxan Şahinoğlu

 “Azərbaycanlı radikal sələfilərin şiələrə nifrəti artır...”- Elxan Şahinoğlu

10 Yanvar 2016, 22:48

 

“Dövlət başçısı multikulturalizmi Azərbaycanın vizit kartına çevirmək istəyir. Bəli, Azərbaycanda bütün dinlər rahat şəkildə birgə yaşayır. Ancaq son zamanlar müşahidə etdiyim və kiçik sorğular əsasında gəldiyim qənaəti Sizinlə bölüşmək istəyirəm”. Modern.az saytı xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

E.Şahinoğlunun sözlərinə görə, azərbaycanlı radikal sələfilərin (vəhabi adlandırılmalarından xoşları gəlmir) şiələrə, İranın siyasətini dəstəkləyən bir qrup şiənin isə sələfilərə nifrəti artır: “Ən pisi də odur ki, vəhabiliyin lideri Səudiyyə Ərəbistanı ilə şiəliyin liderliyinə iddialı olan İran arasında münasibətlər gərginləşib. Hər iki ölkə bölgədə (Küveyt, Bəhreyn, Suriya, Yəmən, İraq) məzhəb maraqlarının genişlənməsi uğrunda mübarizə aparır. Belə olan halda Səudiyyə Ərəbistanı ilə İranın Azərbaycandakı maraqları uzlaşa bilərmi? Çətin. Təsadüfi deyil ki, son illər sələfiliyin bir cərəyan olaraq Azərbaycanda populyarlaşmasından narahat olan İran ölkəmizdəki tərəfdar qrupunu aktivləşdirməyə qərar verib. Deməli, Azərbaycanda multikulturalizm o qədər güclü olmalıdır ki, gələcək illərdə də azərbaycanlı sələfilərin azərbaycanlı şiələrlə birgə və rahat şəkildə yaşamasını təmin etməlidir”.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək