Qazaxıstanın və Azərbaycanın futbol federasiyaları iki ölkənin yığma komandaları arasında yoldaşlıq görüşünün keçirilməsi barədə razılıq əldə ediblər. Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, yoldaşlıq martçı martın 26-da Türkiyənin Antalya şəhərində baş tutacaq.
Qeyd olunur ki, Qazaxıstan və Azərbaycan tarixlərində 7 dəfə (4 dəfə Avropa Çempionatının seçmə mərhələsində, 3 dəfə isə yoldaşlıq görüşü zamanı) üz-üzə gəlib. 7 görüşdən 2-si qazaxların, 2-si azərbaycanlıların qələbəsi ilə, 3 oyun isə heç-heçə başa çatıb.
Vüqar İsmayılov