Modern.az

Moqerini Azərbaycana gələcək

Moqerini Azərbaycana gələcək

11 Yanvar 2016, 11:28

 

"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfəri ilin birinci yarısında baş tutacaq".

"Report" xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. Onun sözlərinə görə, səfərin bu ilin fevral-mart aylarında olacağı gözlənilir, daha dəqiq tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək.

"İstənilən halda, səfər ilin birinci yarısında baş tutacaq", - M.Mard bildirib.   

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək