Modern.az

Zərdabın prokuroru səhvlərinə görə işindən qovulub

Zərdabın prokuroru səhvlərinə görə işindən qovulub

11 Yanvar 2016, 12:26


Zərdab rayon prokuroru işdən çıxarılıb. 

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Zərdab rayon prokuroru Süleyman Süleymanov rayon prokurorluğunun işinin təşkilində yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, bir müddət əvvəl Baş Prokurorluğun mətbuat xidmətindən bildirilmişdi ki, icra və əmək intizamının, eləcə də  prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın  vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Modern.az

   
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək