Modern.az

Rusiyada ancaq fəhlələrə inanırlar

Rusiyada ancaq fəhlələrə inanırlar

11 Yanvar 2016, 12:53


Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkə əhalisinin daha çox hansı peşə sahiblərinə etibar etməsinə dair sorğu keçirib.

Modern.az Novator.az-a istinadən xəbər verir ki, sorğunun yanvarın 11-də açıqlanan nəticələrinə görə, rusiyalılar ən çox fəhlələrə etibar edir. Fəhlələrə inam 5 ballıq qiymətləndirmə üzrə 4,05 bal olub.

Sonrakı yerlərdə müəllimlər (3,96) və hərbçilər (3,95) qərarlaşır. 2010-cu ildə aparılan analoji sorğunun nəticələrinə görə, Rusiya əhalisinin ən çoxu (3,87) alimlərə və din xadimlərinə (3,74) etibar edirdilər. 2010-cu ildə olduğu kimi hazırkı sorğuda da əhalinin ən az etibar etdiyi peşə sahibləri siyasətçilər (2,74) və məmurlardır (2,97).

Sorğunun nəticələri respondentlərin sahibkarlara (2,84) daha az etibar etdiyini göstərib.

Sosioloqlar vətəndaşların jurnalistlərə olan etibarının 2,95 baldan 3,16 bala yüksəldiyini bildirirlər. 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək