Moskva birjasının indeksləri bu günkü alqı-satqı əməliyyatlarında kəskin ucuzlaşmağa başlayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, MMVB-nin indeksi 1700-ə, RTS-in indeksi isə 700 vahidə qədər geriləyib.
Moskva birjasının 2 əsas indeksindən biri olan MMVB Asiya fond birjalarının ucuzlaşması fonunda 1695 vahidə enərək 4,83-lik geriləmə göstərib.
Ekspertlərin fikrincə, Moskva fond birjasındakı ucuzlaşma təkcə neftin 1 barelinin 32 dollara qədər ucuzlaşması ilə bağlı deyil. Bu, eyni zamanda Yaponiyanın Nikkei indeksinin 0,39%, Honqkonqun Hang Seng indeksinin 2,33%, Cənubi Koreyanın Kosdaq indeksinin 1,11% və Sinqapurun Straits Times İndexin indeksinin 2,11% ucuzlaşması ilə əlaqədardır.
Vüqar İsmayılov