Modern.az

Təhsil Nazirliyininin QALMAQALLI şöbə müdirinin vəzifəsi dəyişdirildi

Təhsil Nazirliyininin QALMAQALLI şöbə müdirinin vəzifəsi dəyişdirildi

11 Yanvar 2016, 14:35


Azərbaycan Təhsil Nazirliyində (TN) kadr dəyişikliyi aparılıb.

Trend-in əldə etdiyi məlumata görə, Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov bu vəzifədən azad edilib. O, TN-nin Aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.

TN-nin İnsan resursları şöbəsinə isə həmin şöbənin müdir müavini olan İlham Nağıyev təyin edilib.

Bununla yanaşı, TN-də bəzi şöbələrin, sektorların adları dəyişdirilib, ilk peşə ixtisası təhsili ayrı sektor kimi yaradılıb.

TN-nin KİV və QHT-lərlə iş sektorunun yeni adı İctimiayyətlə əlaqələr sektoru olub.

Qeyd edək ki, ek-nazir Misir Mərdanovun vaxtından nazirlikdə çalışan Fərzəli Qədirovun adı dəfələrlə qalmaqallarda hallandırılıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək