Modern.az

Rusiyada həmyerlisini öldürən azərbaycanlının məhkəməsi başladı - VİDEO

Rusiyada həmyerlisini öldürən azərbaycanlının məhkəməsi başladı - VİDEO

11 Yanvar 2016, 14:42

Rusiyanin Kemerovo vilayətindəki Novokuznetsk şəhərində azərbaycanlı Habil Nuriyevin cinayət işi üzrə məhkəmə başlayıb.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Nuriyev bizneslə məşğul olan həmyerlisini qətlə yetirməkdə şübhəli bilinir. 

İstintaq məlumatlarına görə, 2015-ci ilin mayında Berdsk şəhərindən Novokuznetskə gələn Nuriyev şəhərin Andreyevsk döngəsində yerləşən kababxanada həmyerlisini öldürüb.

Novosibirsk vilayətində yaşayan mərhum azərbaycanlı 6 güllə yarası ilə öldürülüb.

Modern.az cinayət işi ilə bağlı keçirilən məhkəm iclasından videonu təqdim edir.

 



Vüqar İsmayılov
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək