Modern.az

DİN Bakıda arvadını öldürtdürən ərlə bağlı məlumat yaydı

DİN Bakıda arvadını öldürtdürən ərlə bağlı məlumat yaydı

11 Yanvar 2016, 14:53


Daxili İşlər Nazirliyi həyat yoldaşının öldürülməsi üçün sifarişçi qatil tutan ər barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə yanvarın 10-da Bakı şəhər sakini Sevil Rzayevanın baş nahiyəsində kəsilmiş xəsarətləri olan meyiti Sabunçu rayonunun Zabrat qəsəbəsindəki evində tapılıb.

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin onun əri Rüstəm Rzayevin sifarişi ilə 2000 manat müqabilində Bakı şəhər sakinləri Kərəm Həsənov və onun qardaşı oğlu Elşad Həsənov tərəfindən törədilməsi müəyyən edilib və onlar tutulub.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək