Bakıda elekromobillər üçün daha bir enerjidoldurma məntəqəsi Dövlət Bayrağı Meydanı Kompleksi ərazisində quraşdırılıb.
Modern.az xəbər verir ki, bununla da “GreenCar” MMC, “Azərişıq” və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilən layihə çərçivəsində quraşdırılan enerjidoldurma məntəqələrinin sayı 3-ə çatıb. Buna qədər belə məntəqələr Heydər Əliyev Mərkəzinin parkı, Park Bulvar ticarət mərkəsinin üst parkinq ərasizində quraşdırılmışdı.Ümumilikdə isə elekrik nəqliyyat vasitələrinin satış Mərkəzi olan “GreenCar” MMC-nin IDEA və “Azərişıq” la birgə layihəsi çərçivəsində Azərbaycanda 20 enerjidoldurma məntəqəsinin quraşdırılması nəzərdə tutulur. Bakıdan sonra bölgələrdə də belə məntəqələr qurulacaq.
Modern.az