Modern.az

“"Multikulturalizm ili" elan etməklə Prezident dünyaya bir mesaj verdi”

“"Multikulturalizm ili" elan etməklə Prezident dünyaya bir mesaj verdi”

11 Yanvar 2016, 16:17


Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı il“Multikulturalizm ili” elan edilib. Nazirlər Kabinetinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

"Azərbaycanda multikulturalizm həyat tərzidir, cəmiyyətimizin sosial mədəni münasibətlər sisteminin daxili təbii tələbatının aparıcı komponentlərindən biridir".

Bunu Modern.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu keyfiyyət multikulturalizmi cəmiyyətimizin birgəyaşayış ənənəsi kimi müəyyən edir. Millət vəkili deyib ki, multikultural dəyərlərin bu səviyyədə mövcud olması bir qədər də bizim tarixi keçmişimizlə əlaqədardır:

"Siyasi mədəni və siyasi etnik coğrafiya olaraq Azərbaycan həmişə çox komponentli və mozaik daxili mikrostruktura malik olub. Bu cür zəngin mədəni keçmiş isə müasir cəmiyyətimizin əasa multikultural və tolerant  keyfiyyətlərini müəyyən edir. Bu isə kütləvi sosial təfəkkürun və sosial fəlsəfənin Azərbaycan modelini yaradir. Multikulturalizimin Azərbaycan modeli hazırda Azərbaycanda dölət tərəfindən dəstəklənir və qlobal mədəni sistemə milli dəyərlərimizin aparıcı komponentlərində biri kimi təqdim edilir. Bu qüruverici bir hadisədir. Ona görədə Prezident İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan etdi".

Deputat vurğulayıb ki, etnik və dini dəyərlərin toqquşma və qarşıdurma vasitəsinə çevrildiyi bir vaxtda bu, əslində, Prezidentin dünyaya bir mesajı, bir çağırışı kimi başa düşülməlidir.
Hal-hazırda etnik, dini və mədəni, hətta məzhəb fərqliliyinə görə insanlar biri-birilərini öldürürlər. Azərbaycanda isə bu fərqliliklər ölkəmizin milli sərvəti kimi qəbul edilir və birgəyaşayış qaydalarını müəyyən edir. H.Babaoğlu əlavə edib ki doğurdan da bu məsələdə Şərq və elə Avropanın ozü də Azərbaycandan cox şey öyrənə bilər: "Ona görə də Azərbaycanın multikultural modeli dünyaya yaxşıca tanıdılmalıdır . Hazırda bu istiqamətdə cox böyük işlər görülür".

“Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müəllifi, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev bildirib ki, “2016-ci ilin “Multikulturalizm ili” elan olunması gözlənilən idi. O qeyd edib ki, hələ 2008-ci ilin dekabrından başlayaraq "Bakı prosesi" elan olundu və Bakıda keçirilən Avropa Şurası üzv dövlətləri mədəniyyət nazirlərinin konfransında cənab prezident bir neçə təkliflə çıxış etdi.

“Onlardan biri də "Bakı prosesi"nin əsasının qoyulması və bu təşəbbüsün qlobal prosesə çevrilməsi idi. Çox sevindirici haldır ki, 2008-ci ildən başlayaraq Azərbaycan həm çoğrafi, həm tairixi, həm də mədəni əsaslara malik olan multikulturalizmi inkişaf etdirdi. Çünki ölkəmizdə bütün xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşamaqdadırlar, tolerantlıq yüksək səviyyədədir və böyük əksəriyyət multikulturalizmə “hə” deyir.

2008-ci ildə əsası qoyulan "Bakı prosesi" dayanmadı, inkişaf etdirildi. 2009-cu ildə Bakıda İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. Bu toplantıya Avropa Şurası dövlətlərinin mədəniyyət nazirləri də dəvət edilmişdi. 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Bu forumun ölkəmizdə keçirilməsi İslam, Avropa mədəniyyətlərini özündə ehtiva edən Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ olunmasına köklənmişdi”.

N.Niftiyevin sözlərinə görə, Azərbaycan bu kimi tədbirlərə ev sahibliyi etməklə sübut etdi ki, multikulturalizm həqiqətən də bizim həyat devimizdir.

“Biz bu ənənəni istər dövlət, istər vətəndaş cəmiyyəti çərçivəsində davam etdiririk. Düşünürəm ki, 2016-ci ilin “Multikulturalizm ili” elan olunması çox sevindirici haldır. Sərəncamdan da göründüyü kimi bu işin həyata keçirilməsinə sırf bu işlə məşğul olan bir çox dövlət təşkilatları cəlb olunub. Onların hər bir spesifikasına diqqət yetirsək görərik ki, məsələn, Bakı Multikulturalizm Mərkəzi bilavasitə bu mədəniyyətin həm ölkə, həm də beynəlxalq aləmə çatıdırılmasında böyük rol oynayır. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda yaşayan xalqların rəqsləri, geyimləri, adət-ənənələri və digər mədəni tədbirlərinin inkişafında mühüm rol oynayır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində məsələnin dini tolerantlıq tərəfdən öyərilməsinə cəhd göstərilir. Təhsil Nazirliyi Azərbaycanda yaşayan xalqların təhsil məsələlərini özündə əhatə edir. Düşünürəm ki, dövlət qurumlarının bu şəkildə işləməsi ilə 2016-ci ildə Azərbaycanda elan olunan multikulturalizmin istədiyimiz nəticəni verəcəyi təbii ki, şübhəsizdir. Bunlar bir ay müddətində tədbirlər planı hazırlamladır. Təklif edirəm ki, tədbirlər planı ictimailəşdirilsin və bu sahədə olan ekspertlər, araşdırmaçılar kimi öz münasibətimizi bildirək”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək