Modern.az

Meyiti tapılan neftçinin kimliyi məlum oldu

Meyiti tapılan neftçinin kimliyi məlum oldu

11 Yanvar 2016, 17:53


Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin şəxsiyyəti müəyyənləşdirilib.

Bu haqda Modern.az saytına Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, meyit “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Mübariz Dilqəm oğlu Qasımova məxsusdur.

Xəbər verildiyi kimi, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib. Dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətinə aparılıb.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək