Rusiyada işsizlərin sayı dekbarın 23-ü-29-u tarixlərində 1,9% artaraq 993 104 nəfərə çatıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, 12 bölgədə, o cümlədən Tula vilayətində və Çeçenistan respublikasında işsizlik azaldığı halda, Moskva və Leninqrad vilayətlərinin də daxil olduğu 71 subyektdə işsizlik artıb.Vladimir Putin Almaniyanın “Bild” qəzetinə açıqlamasında ölkədə işsizliklə bağlı situasiyanın stabil olduğunu demişdi.
Vüqar İsmayılov