“Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənim-mənim Azərbaycanım ” layihəsi ilə əlaqədar bir sıra tədbirlər keçirilib.
Modern.az xəbər verir tədbirlərdə gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının dövlət rəmzlərinin təbliğinə xüsusi yer verilib. Dövlətin milli rəmzlərinin siyasi və mənəvi mənalarının dərk edilməsi vasitəsilə gənclərin bu sahədəki maariflənməsi imkanları müzakirə olunmuşdur. Ailə gənclərin mənəvi-əxlaqi tərbiyəsinin əsaslarının formalaşdığı vacib sosial institut olması vurğulanıb.
Tədbirdə vətəndaşların, o cümlədən gənclərin qanunlar çərçivəsində dövlətin problemlərinə biganə qalmaması, ölkədə baş verən siyasi proseslərə maraq göstərməsi, dövlətçiliyə xələl gətirəcək proseslərə qarşı mübarizədə dövlət orqanlarına köməklik göstərməsi hazırkı dövrdə olduqca vacibliyi bir daha diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi , yerli dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, media qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.
Modern.az