Modern.az

Gənc əlillərə dəstək - FOTO

Gənc əlillərə dəstək - FOTO

Təhsil

16 Dekabr 2015, 14:34


“Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək” Xeyriyyə Fondu, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun  maliyyə  dəstəyi ilə  “Gələcəyin yaradıcı sahibləri ” layihəsi ilə əlaqədar bir sıra tədbirlər keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə layihənin mahiyyəti haqda  əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin xüsusi istedadlarının üzə çıxarılması və yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsinin vacib olduğunu, həmçinin əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin təhsildə geridə qalma səbəblərinin araşdırılaraq onların təhsil imkanlarının artırılması vurğulanıb. Əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin əksəriyyətinin özünü təkliyə məhrum edərək özünə qapanma halları ucbatından cəmiyyətdən təcrid olunaraq tənha yaşamaları onların təhsil almalarına da mane olur. Belə ki, bəzən valideynlər əlil və sağlamlıq imkanı məhdud olan uşaqlarını hamıdan gizlədərək, hətta onların təhsil almalarına da mane olması problemi qabardılıb.

Layihə çərçivəsində də əsas prioritet məsələ əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin təhsildən geridə qalma səbəblərinin aşkara çıxarılaraq onların təhsil imkanlarının artırılması və malik olduqları qabiliyyətlərin üzə çıxarılaraq inkişaf etdirilməsi əsas  müzakirə predmeti olub. Layihənin əsas vəzifələri kimi aşağıdakılar müəyyən olunub.

- əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin təhsildən geridə qalma səbəblərinin aşkar olunması istiqamətində tədqiqatların aparılması

- əlil və sağlamlıq imkanı məhdud olan gənclərin təhsil imkanlarının artırılmasının ən optimal variantlarının seçilməsi 

- əlilliyi və sağlamlıq imkanı məhdud olan gənclərin evdə təhsildən yaranan cəmiyyətdən təcrid olunma səbəblərinin aşkara çıxarılması və onların cəmiyyətə adaptasiya olunması istiqamətində yollar və vasitələr axtarılaraq cəmiyyətə adaptasiyalarının təmin edilməsi - əlilliyi və sağlamlıq imkanları məhdud olan gənclərə İKT bacarıqlarının aşılanması  

Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi, yerli dövlət qurumlarının nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri, media qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.

Modern.az

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi