Prezident İlham Əliyev Anar İsgəndərovun təltif edilməsi barədə sərəncam imzalayıb. Modern.az xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tədqiqində xidmətlərinə görə Anar Camal oğlu İsgəndərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Modern.az