Modern.az

Tanınmış blogger həbs olunub - Video

 Tanınmış blogger həbs olunub - Video

11 Yanvar 2016, 20:02

 

Gənc blogger Hüseyn Əzizoğlu həbs olunub.  Modern.az xəbər verir ki, bu barədə məlumatı Hüseyn Əzizoğlunun anası Elnarə Baxışova verib.

Onun sözlərinə görə, Hüseyni yanvarın 8-də həbs ediblər.

Musavat.com-un məlumatına görə, H.Əzizoğlunun həbs edilməsinin səbəbi məhəllədə tanımadığı bir nəfərlə yüngülcə dalaşması olub. Həmin gənc polisə şikayət edib.

Anasının sözlərinə görə, bundan sonra Yasamal Rayon Polis İdarəsinin 29-cu bölməsinin əməkdaşları onu evindən tutub, aparıblar: "Hüseynə 15 sutka həbs veriblər. Yanına da getmişdim. Vəziyyəti yaxşıdır. Onunla dalaşan gənc şikayət ərizəsini geri götürmədi. Ona görə də, həbs ediblər".

Elnarə Baxışova deyib ki, onun həbsinin çəkdiyi videolar ilə əlaqəsi yoxdur: "Sosial şəbəkələrdə yayılan məlumatlar düz deyil. Hüseyn dalaşdığını özü də deyir. Hər şey ona görə olub".

H.Əzizoğlu İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunub və 15 sutka azadlıqdan məhrum edilib. O, hazırda Binəqədi inzibati cəzaçəkmə məntəqəsində saxlanılır.

Qeyd edək ki, Hüseyn Əzizoğlu sosial şəbəkələrdə məşhur olan “Üç-üz” səhifəsinin yaradıcılarından biridir.  

 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək