Modern.az

Rusiyadan idxal olunan meşə materiallarına görə əlavə rüsum alınmır

 Rusiyadan idxal olunan meşə materiallarına görə  əlavə rüsum alınmır

11 Yanvar 2016, 20:59

 

Dövlət Gömrük Komitəsi tərəfindən Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum alınması barədə yayılan məlumatlara aydınlıq gətirib. Komitənin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Bu gün bəzi kütləvi informasiya vasitələrində “Gömrük Komitəsi qiyməti qaldırıb-Bu barədə Dərnəgül bazarında taxta işi ilə məşğul olan sahibkarlar məlumat verib” başlıqlı həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Konkret ünvan və ad göstərilmədən guya sahibkarlara istinadən Dövlət Gömrük Komitəsi tərəfindən Rusiya Federasiyasından idxal olunan meşə materiallarına görə əlavə rüsum alınması barədə informasiyalar yer alıb. Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, ölkəyə idxal olunan bütün mal və nəqliyyat vasitələri yalnız qanunvericiliklə nəzərdə tutulmuş, “Gömrük Tarifi Haqqında Qanun”a uyğun olaraq vergi və rüsumlara cəlb edilir. İdxal əməliyyatları zamanı lazım olan müvafiq sənədlər vaxtında və düzgün olaraq gömrük orqanına təqdim edildikdə ən qısa zaman kəsiyində gömrük rəsmiləşdirilməsi həyata keçirilir”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək