Modern.az

“Ermənistan rəhbərliyi panikadadır” - Azərbaycan Prezidenti

 “Ermənistan rəhbərliyi panikadadır” - Azərbaycan Prezidenti

11 Yanvar 2016, 23:23

"Azərbaycanın hərbi potensialı 2015-ci ildə böyük dərəcədə möhkəmlənib. Biz bunu döyüş meydanında da görürük. 2015-ci ildə təmas xəttində Azərbaycan tam üstünlük təmin edib və öz iradəsini diktə edib". Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.  

Azərbaycan Prezidenti ötən il də onlarla işğalçının məhv edildiyini vurğulayıb: “Ermənistan rəhbərliyi panikadadır, isterikadadır, xarici qüvvələrə müraciət edir ki, onları müdafiə etsinlər. Ancaq sual olunur: erməni əsgərləri hansı torpaqda həlak olurlar? Azərbaycan torpağında həlak olurlar. Getsinlər, çəkilsinlər bizim torpaqlarımızdan, bu zaman münaqişəyə son qoyular, heç kim həlak olmaz və sülh bərpa edilə bilər”.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək