Dünyanın ən zəngin insanlarından olan 84 yaşlı mediamaqnat Rupert Merdok 59 yaşlı supermodel Cerri Holla nişanlandığını elan edib.
Modern.az xəbər verir ki, bu barədə onlar “Times” jurnalının elanlar bölməsində xəbər yerləşdiriblər.
Məlumata görə, 2015-ci ilin yayından başlayan münasibətlər Rupert Merdok üçün sayca 4-cü evliliklə nəticələnə bilər.
Avstraliya əsilli amerikalı milyarder 2015-ci ilin məlumatına görə, 12,4 milyard dollar şəxsi sərvətə malikdir. Onun əvvəlki 3 nikahdan 6 övladı var.
59 yaşlı Cerri Hol isə məşhur roker Mik Caqqerlə 20 ildən artıq sevgilisi olub. Onların 4 övladı var.
Vüqar İsmayılov