Modern.az

Taliblər 5 il girov saxladıqları səyyahı azad etdilər

Taliblər 5 il girov saxladıqları səyyahı azad etdilər

12 Yanvar 2016, 11:34


Kanadanın xarici işlər naziri Stefan Dion 2010-cu ildə taliblər tərəfindən girov götürülən səyyah Kolin Ruterfordun azad olunduğunu elan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, səyyahın azad olunması Qətərin vasitəçiliyi ilə baş tutub.  

2010-cu ildə taliblərin yaydığı görüntülərdə Əfqanıstanı turist kimi ziyarət etdiyini deyən Ruterford buradakı tarixi abidələri və məbədləri ziyarət etmək niyyətində olduğunu demişdi. Lakin Taliban hərəkatı onu “Amerika casusu” elan etmişdi.  

Qərb mətbuatının məlumatına görə Qətər Taliban ilə Avropa ölkələri arasında vasitəçi rolunu əvvəllər də oynayıb.

Məhz bu Yaxın Şərq əmirliyinin sayəsində 2014-cü ildə amerikalı çavuş Boy Berqdal və 2013-cü ildə kanadalı diplomat Bob Fauler və Luis Qay azad olunmuşdu.    

Vüqar İsmayılov  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək