Modern.az

Dillər Universitetində qış imtahan sessiyası izlənildi

Dillər Universitetində qış imtahan sessiyası izlənildi

12 Yanvar 2016, 13:43


Yanvarın 12-də Azərbaycan Dillər Universitetində (ADU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən, imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub. 2015-2016-cı tədris ilinin payız imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-alman dili) fakültəsində II, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində isə IV kurslarda keçirilən imtahanların gedişini QHT, KİV nümayəndələri və tələbələrin valideynləri izləyiblər.

Hər il Azərbaycan Dillər Universitetində imtahanların gedişini izləməyə dəvət aldıqlarını deyən Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov bir sıra ali təhsil ocaqlarında imtahan sessiyasının gedişi ilə bağlı monitorinqlər aparıldığını bildirib.
V. Mövsümov  imtahan zamanı aparılan bu monitorinqlərin məqsədinin yaranan mənfi halların aradan qaldırılması olduğunu vurğulayıb.

İmtahan sualları ilə maraqlanan  Korrupsiyaya qarşı Mübarizə üzrə QHT əməkdaşlıq və məlumat şəbəkəsinin üzvü Əhməd Abbasbəyli aparılan monitorinqlərin obyektivliyə xidmət etdiyini vurğulayıb. O, yaranan problemlərlə bağlı onlara müraciət etməyin zəruriliyini önə çəkib. Ə.Abbasbəyli tələbələrdən qiymətlərindən narazı qaldıqları zaman appelyasiyaya müraciətlə bağlı  maraqlanıb.

Tələbələr imtahanların yüksək səviyyədə keçdiyini və lazımi şəraitin olduğunu bildiriblər.

Qeyd edək ki, izləmə prosesindən sonra QHT nümayəndələri ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusovla görüşüblər. Görüşdə aparılan monitorinqin nəticələri müzakirə olunub, təkliflər bildirilib.

Qeyd edək ki, 29 dekabr 2015-ci il tarixində Azərbaycan Dillər Universitetində qış imtahan sessiyasına start verilib.  ADU-nun  rektoru  vəzifəsini icra edən  professor  Dünyamin Yunusov təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədilə 30 noyabr 2015-ci il tarixində 92 saylı əmr imzalayıb. Əmrdə deyilir ki, qış imtahan sessiyası əyani şöbədə 29 dekabr 2015-ci il tarixindən 1 fevral 2016-cı il  tarixinədəkdir.  Qiyabi şöbədə isə  sessiya müddəti 6 yanvar 2015-ci ildən 10 fevral 2016-cı ilədək müəyyən edilsin.  Qış imtahan sessiyası 7 fakültənin (Pedaqoji (ingilis dili-alman dili), Pedaqoji (ingilis dili-fransız dili), Filologiya və Jurnalistika, Tərcümə,  Regionşünaslıq və Beynəlxalq Münasibətlər, Əlavə təhsil, Magistratura və doktorantura)  əyani şöbələrində aparılır.

Qış imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah yaradılıb. Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub. Əmrdə baş verən neqativ hallara görə müvafiq fakültə dekanı və kafedra müdirinin məsuliyyət daşıdığı qeyd edilib.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək