“İstanbul Sultanahmet Meydanında baş verən partlayışda ölən və ya yaralananlar içərsində azərbaycanlıların olub olmadığı araşdırılır”.
Bu barədə Modern.az-a Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib. Bildirilib ki, İstanbuldakı Baş Konsolluq müvafiq qurumlarla əlaqə saxlayır və partalayışda azərbaycanlıların olub-olmadığını öyrənməyə çalışır.
Qeyd edək ki, İstanbul Sultanahmet Meydanında baş verən partlayışda 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Ölü sayının artacağı istisna edilmir. Şahidlərin bildirdiyinə görə, kamikadzenin özünü partlatması nəticəsində hadisə baş verib.
Terrorun turistləri hədəf almaq üçün törədildiyi bildirilir. Lakin hadisənin terror altı olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
Aytən ZƏHRA