Modern.az

Təhsil Nazirliyi tələbə qızın intiharını araşdırır

Təhsil Nazirliyi tələbə qızın intiharını araşdırır

12 Yanvar 2016, 14:36

 

“Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin I kurs tələbəsi Rumiyyə Qasımova ilə bağlı məsələ Təhsil Nazirliyinin müvafiq şöbəsi tərəfindən araşdırılır”.  

Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.   O qeyd edib ki, intihar hadisəsi ilə bağlı araşdırma aparılır və nəticələnən bilindikdən sonra mətbuata açıqlama veriləcək.  

Qeyd edək ki, yanvarın 9-da itkin düşmüş Sumqayıt şəhər sakini Rumiyyə Qasımovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yanvarın 10-da dəniz sahilində tapılıb.    Rumiyyə Qasımova universitetə qəbul olunmazdan öncə oxuduğu "Azəri" hazırlıq kurslarında əlaçı abituriyent olub.

Tələbənin yaxınlarının və atasının Modern.az-a verdiyi məlumata görə, Universitetdən imtahanlara görə pul istənililib və verə bilmədiyi üçün imtahanlardan kəsilib.

Bundan təsirlənən tələbə qız intihar edib.    

Aytən ZƏHRA

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi