Modern.az

İstanbuldakı partlayışda Almaniya, Norveç və Peru vətəndaşları xəsarət alıb

İstanbuldakı partlayışda Almaniya, Norveç və Peru vətəndaşları xəsarət alıb

12 Yanvar 2016, 15:00


İstanbulun Sultanəhməd Meydanında baş verən partlayışda xəsarət alanların vətəndaşlığı məlum olub.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış zamanı xəsarət alan 15 nəfərdən 6-sı Almaniya vətəndaşıdır. Bundan başqa, yaralılar arasında Norveç və Peru vətəndaşlarının da olduğu bildirilir.  

Xatırladaq ki, Sultanəhməd Meydanı  İstanbulun tarixi səmtlərindən biri sayılır.

Məlumata görə, burada kamikadzenin özünü turist qrupu yanında partlatması nəticəsində azı 10 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.     

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi