Fövqaladə Hallar Nazirliyinin təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçinin meyitini gətirmək üçün yola düşüb.
Bu haqda Modern.az saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib.
Xəbər verildiyi kimi, Xəzər dənizinin Türkmənistan sektorunda “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğlunun meyiti aşkar edilib.Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədin vətənə gətirilməsi üçün Türkmənistana yola düşüb.
Gülşən RAUFQIZI