Modern.az

Dənizdə qətl - azərbaycanlı matros ukraynalı həmkarını bıçaqladı

Dənizdə qətl - azərbaycanlı matros ukraynalı həmkarını bıçaqladı

12 Yanvar 2016, 15:25

Panama bayrağı altında üzən “Mani” teploxodunda azərbaycanlı matros ukraynalı həmkarını öldürüb. Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə teploxod Azov dənizində olarkən baş verib. Azərbaycanlı matros mübahisə etdiyi 20 yaşlı ukraynalını boynuundan bıçaqlayaraq qətlə yetirib.

“Ötən gün saat 17:00-da Qafqaz limanının yanında yerləşən “Mani” teploxodunda gəmi heyətinin üzvünün ölümü ilə nəticələnən insident baş verib”-deyə “Novex-Marine” firmasının sahibi Vladimir Fefelev məlumat verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi