Modern.az

İstanbulda özünü partladan kamikadzenin kimliyi müəyyənləşdirilib

İstanbulda özünü partladan kamikadzenin kimliyi müəyyənləşdirilib

Təhsil

12 Yanvar 2016, 16:46


İstanbulda partlayış törədən kamikadzenin şəxsiyyəti müəyyənləşib.

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş hadisəni 1988-ci il təvəllüdlü suriyalının törətdiyini təsdiqləyib.  

“Onun şəxsiyyəti hadisə yerində tapılan ayrı-ayrı bədən üzvlərinin sayəsində identifikasiya olunub”.   Kurtulmuş həlak olanların bir hissəsinin də əcnəbi vətəndaşlar olduğunu deyib.  

Onun sözlərinə görə 15 yaralıdan 2-nin vəziyyəti xüsusi ilə ağır olduğu üçün onların müalicəsi intensiv şəkildə aparılır.    

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi