İnzibati Xətalar və Cinayət Məcəllələrinə edilən dəyişikliklərdə yanvar ayının 1-dən etibarən Azərbaycanda alkoqollu içkilərin və siqaretlərin nağd pulla satışı qadağan edilib.
Həmin dəyişikliklərə görə, siqaret və alkoqollu içkilərin satışına görə, cərimə, hətta cinayət məsuliyyəti də tətbiq edilməsi nəzərdə tutulub. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə bu qadağalara baxmayaraq təmsil etdiyi şəhərdə spirtli içkilərin satışının nağd yolla satışına icazə verib.Gəncə Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Həsən Məmmədov Modern.az saytına açıqlamasında bu faktı təsdiq edib.
O bildirib ki, bütün bunlar şəhərdə yarana biləcək ajiotajın qarşısını almaq üçündür.
“Tapşırığa müvafiq olaraq bu gündən etibarən iaşə və ticarət obyektlərində tütün məmulatları və spirtli içkilərin satışı nağd və ya nağdsız (kartla) həyata keçirilə bilər”.
Gülşən RAUFQIZI