Modern.az

Talibanın liderlərindən biri öldürüldü - Bismillah

Talibanın liderlərindən biri öldürüldü -  Bismillah

Təhsil

12 Yanvar 2016, 18:15

Taliban qruplaşmasının liderlərindən biri kimi tanınan Molla Bismillah Əfqanıstan təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin qərbindəki Poxt Koxt bölgəsində baş verən insident zamanı hökumət qüvvələrinə pusqu quran 10 talibançı da məhv edilib.  

Əfqan rəsmiləri Molla Bismillahın 1 saatlıq atışmadan sonra öldürüldüyünü deyib.   Son aylarda Əfqanıstanda Taliban və İŞİD qruplaşmaları aktivləşib.    

Vüqar İsmayılov      

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi