Modern.az

“Dialoq başlamalıdır...” - Millət vəkili

 “Dialoq başlamalıdır...” - Millət vəkili

Təhsil

12 Yanvar 2016, 21:26

 

“Ölkədə 21 dekabr devalvasiyasından sonra yaranmış vəziyyətlə bağlı yaxın günlərdə hakimiyyət rəsmiləri ilə siyasi partiya rəhbərləri arasında mövzu ətrafında dialoq başlamalıdır”. Modern.az saytı xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib.

F.Mustafanın sözlərinə görə, bu həm əvvəllər mövcud olan dialoq formatının yenidən canlandırılması, həm də insanlarımızın düşdüyü ağır durumdan çıxış yollarının tapılması üçün faydalı olardı: “Siyasi partiyaların istisnasız olaraq hamısı bu tədbirə dəvət olunmalıdırlar və hər bir siyasi qüvvə öz məsuliyyətini anlayaraq bu müzakirələrə öz töfhəsini verməlidir. Son günlər sosial şəbəkələrdə, mediada siyasətçilərin, müstəqil iqtisadçıların, bir sıra bloqqərlərın maraqlı təklifləri ilə yanaşı, bir sıra məsuliyyətsiz şəxslər tərəfindən avantürist çağırışların da şahidi oluruq. Bütün hallarda Azərbaycandakı vəziyyət ürəkaçan olmasa da, heç bir halda ölkəni qarşıdurma platsdarmına çevirmək olmaz. Tək seçənəyimiz dialoqdur və bütün faydalı görüş və təkliflər ölkə rəhbərliyinə çatdırılmalıdır kı, hər tərəfli müzakirə olunsun və vətəndaşlarımızın bu böhrandan çıxması üçün doğru qərarlar alınsın. Eyni zamanda yaxşı olardı ki, Milli Məclisdə İqtisadiyyat komitəsinin təşəbbüsü ilə hökumətin iqtisadi blokunun rəhbərləri ilə Samir Əliyev, Azər Mehtiyev, Vüqar Bayramov, Rövşen Ağayev, Qubad İbadoğlu və digər tanınmış müstəqil iqtisadçıların dialoqu keçirilsin, fikir mübadiləsi aparılsın, təkliflər və proqnozlar müzakirə olunsun”.    

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi