Modern.az

Nardaranda sökülən obyektlərə görə kompensasiya verildi

 Nardaranda sökülən obyektlərə görə kompensasiya verildi

Təhsil

12 Yanvar 2016, 21:56

 

Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsinin Abşeron küçəsində yolun genişləndirilməsi ilə əlaqədar yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsinə görə 11 nəfərə kompenasiya verilib. Modern.az bildirir ki, bu barədə aznews.az-a "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Nəcəfli bildirib.

O bildirib ki, sökülən daha 51 obyektin sənədləri hazırlanır, yaxın vaxtlarda onlara da kompensasiya ödəniləcək: "Növbəti mərhələdə isə torpaq sahələrinə görə kompensasiyalar ödəniləcək".

Xatırladaq ki, Abşeron küçəsində siyahıya alınmada yolun tikintisi altına düşən 96 təsərrüfat qeydə alınıb. Onlardan 21-i yaşayış evidir. 1 kv.m üçün 100-400 manat aralığında kompensasiya nəzərdə tutulub. Yaşayış evləri üçün 1 kv.m üçün 400 manat ödənilir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi