Modern.az

BP şirkəti Azərbaycanda iş yerlərini ixtisar edəcək

 BP şirkəti Azərbaycanda iş yerlərini ixtisar edəcək

Təhsil

12 Yanvar 2016, 23:46

 

Böyük Britaniyanın neft-qaz hasilatı şirkəti BP yaxın iki il ərzində bütün dünya üzrə kəşfiyyat və hasilat bölmələrində 4 minə yaxın iş yerini ixtisar edəcək. Modern.az saytı "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, şirkət neftin qiymətlərinin aşağı düşməsi səbəbindən buna getmək məcburiyyətində qalıb. Məlumata görə, ixtisarlar Anqola, Azərbaycan, həmçinin Meksika körfəzi və Şimal dənizi kimi regionlarda fəaliyyət göstərən kəşfiyyat və hasilat sahələrinə toxunacaq. Ümumilikdə bu bölmələrdəki 24 min yerdən 4 minə yaxını ixtisara düşəcək. İxtisarlar 2017-ci ilin dekabrınadək iki il ərzində aparılacaq. Bu addımın atılmasına səbəb kimi neftin qiymətlərinin aşağı olması, dolların güclənməsi və ehtiyatların həddindən artıq bolluğu göstərilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi