Modern.az

Milli valyutası ucuzlaşan ölkə növbədənkənar seçkilərə gedir

Milli valyutası ucuzlaşan ölkə növbədənkənar seçkilərə gedir

13 Yanvar 2016, 11:06

Qazaxıstanda növbədənkənar seçkilər keçirilə bilər.

Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı ölkənin 3 iri fraksiyası prezident Nursultan Nazarbayevə müraciət edib.  

“Biz parlamentin 3 əsas fraksiyası olaraq parlament məclisinin vaxtından əvvəl buraxılmasını istəyirik”- deyə deputat Nurlan Abdirov parlamentarilərin ortaq bəyənatını səsləndirib.  

Qazaxıstan konstitusiyasına görə dövlət başçısı parlamentin hər iki palatası və baş nazirlə müzakirələrdən sonra növbədənkənar seçkilər barədə qərar verə bilər.

Belə olan halda, yeni parlament seçkiləri yaxın 2 ayda keçirilməlidir.    

Vüqar İsmayılov 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi