Bakı metrosunda intihar hadisəsi baş verib. “Bakı Metrolpoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Modern.az saytına verdiyi məlumata görə intihar etdiyi güman edilən şəxs 30 yaşlarında kişidir:
“Hadisə bu gün saat 11.00 radələrində Bakı Metropoliteninin “Əhmədli” stansiyasında qeydə alınıb. Kameralardakı görüntülərdən görünür ki, qatar platformaya daxil olarkən sərnişin özünü qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib”. N.Paşayev deyib ki, şəxs qatarın altından çıxarılıb:“Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər. Faktla bağlı araşdırma aparılır. Hələlik şəxsiyyətinin müəyyən olunmayıb”.
N. Paşayev daha sonra bildirib ki, ölən şəxs 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurovdur.
Gülşən RAUFQIZI