Modern.az

Pensiyaların artırılması ilə bağlı yeni təkliflər hazırlanır

Pensiyaların artırılması ilə bağlı yeni təkliflər hazırlanır

Təhsil

13 Yanvar 2016, 13:00

“Pensiyaların artırılması barədə təkliflər hazırlanır”. Bu barədə Modern.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilən tapşırığın icrasına uyğun olaraq, pensiyaların artırılması ilə bağlı təkliflər hazırlanır. Dövlət Sosial Müdafiə Fondu bu sahədə təkliflərin hazırlanmasında yaxından iştirak edir.

Qarşıya qoyulmuş vəzifələrlə bağlı Fond tərəfindən hazırlanan təkliflər üzrə qəbul olunacaq qərarlar barədə ictimaiyyətə əlavə ətraflı məlumat veriləcəkdir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?