Modern.az

İran amerikalı hərbçiləri azad edib

İran amerikalı hərbçiləri azad edib

Təhsil

13 Yanvar 2016, 14:13


İran bu gün  Fars körfəzindəki su sərhədlərini pozan amerikalı dənizçiləri azad edib. Onlar regiondakı ərəb ölkələrindən birindəki ABŞ bazasına gətirilib.  

Modern.az xarici KİV-ə isitnadən xəbər verir ki, İran tərəfi saxladığı hərbçiləri qaytardıqdan sonta 2 hərbi kateri də geri verəcək.  

Xatırladaq ki, Amerika Hərbi Dəniz Qüvvələrinin 2 kateri Küveytdən Bəhreynə gedərkən təsadüfən İran ərazisinə daxil olublar. Bu, katerlərdən birinin nasazlığı səbəbindən baş verib.  

Bildirilir ki, saxlanılanlardan 9-u kişi, 1-i isə qadın olub.    

Vüqar İsmayılov  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?