Modern.az

Arif Hacılı “Bandotdel”ə ÇAĞIRILDI - YENİLƏNİB

Arif Hacılı “Bandotdel”ə ÇAĞIRILDI - YENİLƏNİB

13 Yanvar 2016, 15:27


Müsavat başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Modern.az  xəbər verir ki, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər.

BMCMİ-nin nümayəndələri qeyd edib ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib. Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.

***

Arif Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, general Seyfulla Əzimovla görüşü artıq başa çatıb.

Bu barədə Müsavat başqanı facebook-da məlumat verib.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi