Modern.az

Moskavada polisi öldürən azərbaycanlıya ömürlük həbs verdilər

Moskavada polisi öldürən azərbaycanlıya ömürlük həbs verdilər

Təhsil

13 Yanvar 2016, 16:08

Moskva şəhər məhkəməsi polisi öldürməkdə təqsirli bilinən azərbaycanlı Xəlil Sarıyevə ömürlük həbs cəzası verib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Sarıyev cəzasını ciddi rejimli həbsxanada çəkəcək.  

“Məhkəmə Sarıyevi xidməti vəzifəsini icra edən hüquq-mühafizə orqanı əmkədaşının fəaliyyətinə mane olaraq, onu öldürməkdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib”-deyə müdafiə tərəfinin vəkili deyib.  

İstintaqın məlumatına görə 2015-ci il aprelin 6-da azərbaycanlının da aralarında olduğu bir neçə nəfər mənzildə axtarış aparmağa gələn polisə müqavimət göstərib.

Xəlil Sarıyev mənzildəki karabin tipli ov tüfəngindən atəş açaraaq polis kapitanı Sergey Jadobkini qətlə yetirib.  

Lakin azərbaycanlı məhkum özünü müdafiə məqsədilə bu addımı atdığını deyib.   Xəlil Sarıyevin vəkilinin appeasiya şikayəti vermək üçün 10 gün vaxtı var.    

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi