Yayılan məlumatlarda Siyəzəndəki aksiya zamanı bir qadının Cümə məscidi yaxınlığında özünə od vurduğu qeyd edilir.
Siyəzən Rayon Polis şöbəsinin əməkdaşı, polis sahə rəisi, kapitan Baloğlan Balayev Modern.az saytına açıqlamasında hazırda rayonda sabitlik olduğunu bildirib:
“Rayonda aksiya olduğu doğrudur, amma heç bir qarşıdurma baş verməyib. Hansısa sakinin özünə od vurması xəbəri də həqiqəti əks etdirmir”.
Gülşən RAUFQIZI