Ötən gün İstanbulun mərkəzində özünü partladan şəxsin Səudiyyə Ərəbistanı təbəəsi olduğu üzə çıxıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yanvarın 5-də Türkiyədən siyasi sığınacaq istədiyi və Türkiyə rəsimi orqanlarının onun müraciətinə baxdıqlarını yazıb.
Terrorçu-kamikadzenin 28 yaşlı Səudiyyə Ərəbistanı təbəəsi Nabil Fadli olduğu üzə çıxıb. O, İstanbulun Zeytunburun rayonundakı polis orqanlarına siyasi sığınacaq barədə müraciət etmişdi.Sultanəhməd məscidi qarşısında kamikadzenin turist qrupu yaxınında özünü partlatması zamanı 10 nəfər ölmüş, 17 nəfər xəsarət almışdı.
Vüqar İsmayılov