Ukrayna mallarının Rusiya ərazisindən tranziti qadağan edildikdən sonra rəsmi Kiyev Çin və Mərkəzi Asiya bazarı üçün alternativ marşrutdan istifadə edəcək.
Modern.az saytı Ukrayna KİV-nə isitnadən xəbər verir ki, eksperimental qatar marşrutu “Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan” istiqamətində hərəkət edəcək və ilk reys yanvarın 15-də yola çıxacaq.
Ukrayna Nazirlər Kabinetinin iclasında çıxış edən baş nazir Arseni Yatsenyuk bu marşrutun Ukrayna mallarının daşınma xərclərini azaldacağını və yeni ticarət bazarı formalaşdıracağını deyib.
Baş nazir Ukrayanın Azərbaycanla da danışıq apardığını bildirib.
“Ukrayanın İnfrastruktur Nazirliyinin nümayəndələri Bakıda yeni marşrut xətti ilə bağlı danışıqlar aparır”.
Vüqar İsmayılov