Modern.az

Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq

 Azərbaycan Gürcüstana qaz tədarükünü maksimum artıracaq

13 Yanvar 2016, 21:20

 

SOCAR Gürcüstana təbii qaz tədarükünü maksimum artıracaq. Modern.az Trend-ə istinadən xəbər verir ki, bunu "SOCAR Energy Georgia" törəmə şirkətinin rəhbəri Mahir Məmmədov "Rustavi-2" telekanalına müsahibəsində deyib.

O, Gürcüstan rəhbərliyi ilə keçirilən görüşdən sonra bildirib: "Biz qış mövsümündə qaz verilişini müzakirə etdik. Belə ki, qış mövsümündə qaz istehlakı xeyli artır. Biz qaz tədarükünü maksimum - sutkada 7 milyon kubmetrədək artıracağıq".   M.Məmmədov qeyd edib ki, SOCAR Gürcüstana tədarük edilən qazın həcminin artırılması üçün yollar axtarır: "Xüsusilə də "Şahdəniz-1" mərhələsi çərçivəsində qış mövsümündə qazın verilişini artıracağıq".  

Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib ki, ölkənin qaz istehlakı sutkada 11 milyon kubmetri ötüb.  

Hazırda SOCAR Gürcüstana 6 milyon kubmetr qaz tədarük edir ki, mövcud boru kəmərləri ilə bundan artıq almaq mümkün deyil.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi