Modern.az

“Ordumuzun hazırlığı torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb” - General

 “Ordumuzun hazırlığı torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb” - General

14 Yanvar 2016, 00:44

 

 “Azərbaycanda ordu quruculuğuna göstərilən dövlət qayğısı Silahlı Qüvvələrin hərtərəfli inkişafına və güclənməsinə səbəb olub”. Modern.az “Report”a istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov deyib.

O bildirib ki, bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, Naxçıvanda yerləşən hərbi hissələrin də maddi-texniki təminatı gücləndirilib, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb: “Yaradılmış şərait çağırış yaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan verir. Ordumuzun hərtərəfli hazırlığı tezliklə torpaqlarımızın işğaldan azad olunmasına böyük inam yaradıb”.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi